Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi
FƏALİYYƏTİMİZ NƏDƏN İBARƏTDİR?
2015-ci ildən fəaliyyət göstərən Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi akademik hüquqi yazı formalaşdırmaq istəyən şəxslərə dəstək göstərməklə yerli akademik mühitin inkişafına töhfə verir. Bu məqsədlə Layihə yerli və beynəlxalq müəllimlərlə əməkdaşlıq edərək hazırlanan məqalələrin onların və Layihə icraçılarının rəyləri əsasında təkmilləşdirilməsini təmin edir. Eyni zamanda Layihə çərçivəsində Layihənin məqsədinə uyğun olaraq akademik hüquqi araşdırma və yazı kimi mövzularda təlimlər təşkil edilir. Bu prosesin nəticəsi olaraq hazırlanan məqalələr “HeinOnline” və “Scopus” kimi beynəlxalq databazalarda indekslənən Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında dərc olunmaq imkanı əldə edir.
FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Call for Rough Drafts
“Call for Rough Drafts” müvafiq iddia-bəyanata malik, lakin inkişaf etdirilməli məqalələrin akademik hüquqi yazı standartlarına uyğunlaşdırılması üçün nəzərdə tutulub.
Namizədlik
MƏQALƏLƏR
Hüquq düşüncəsinin manifesti: akademiyada yaradıcılıq böhranı
Kritik xammal resursları investisiya obyekti qismində: xarici investor öhdəlikləri və yerli tənzimləmə perspektivi
Cinayət mühakiməsində genetik məlumatların istifadəsi: Yeni dövr, yoxsa məxfiliyə hücum?
Tanınmadan kənarda: Hüquqda gender-əsaslı zorakılığa yenidən baxış
Rəqəmsal era və kodlaşdırılmış hüquq: Ağıllı müqavilələrin hüquqi tənzimlənməsi
Startap və investor arasında hüquqi körpü: Azərbaycan və ABŞ yanaşmasının müqayisəli təhlili
Hüquqi mübarizə meydanı: Beynəlxalq Hüquq Komissiyası tərəfindən qəbul edilmiş prinsiplər layihəsinin tətbiqi və silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi
BLOQ
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi heyəti tərəfindən akademik hüquqi araşdırmaya dair mövzuları əhatə edən bloq yazıları hazırlanır. Bu yazılar oxuculara akademik hüquqi araşdırmanın müxtəlif istiqamətləri barədə ətraflı məlumat əldə etmək imkanı təqdim edir.
TEZ-TEZ SORUŞULAN SUALLAR
Layihə akademik hüquqi yazı ərsəyə gətirmək istəyən araşdırmaçılara müxtəlif istiqamətlərdə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.
Araşdırmaçının təklif etdiyi müəllim Layihənin meyarlarına uyğun gəldiyi təqdirdə, bu seçim nəzərə alına bilər.
Layihəyə həm fərdi, həm də komanda şəklində müracət mümkündür.
Layihə çərçivəsində uğurla tamamlanan məqalələr Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalına göndərilir. Lakin Jurnal çərçivəsində məqalə barəsində müstəqil dəyərləndirmə aparılır.
