HAQQIMIZDA

2015-ci ildən fəaliyyət göstərən Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi akademik hüquqi araşdırma aparmaq və hüquqi yazı bacarıqlarını inkişaf etdirmək istəyən araşdırmaçılar üçün uyğun akademik mühit yaradır. Layihə bu məqsədlə “Call for Rough Drafts” və Namizədlik istiqamətləri üzrə qeydiyyat həyata keçirir. Hər iki istiqamət çərçivəsində iştirakçılar müvafiq hüquq sahələri üzrə ixtisaslaşmış hüquqşünasların dəstəyi, aparılan mərhələli redaktə prosesi vasitəsilə məqalələrini akademik hüquqi yazı standartlarına uyğunlaşdırmaq imkanı əldə edirlər. Layihə çərçivəsində həmçinin akademik hüquqi araşdırma və yazı mövzularında təlimlər də həyata keçirilir. Nəticədə hazırlanan məqalələr “HeinOnline” və “Scopus” kimi beynəlxalq databazalarda indekslənən Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalında dərc olunmaq imkanı qazanır.

Analitik düşüncə hüquqi məsələlərin sistemli şəkildə təhlil edilməsinə, məlumatların tənqidi qiymətləndirilməsinə və əsaslandırılmış nəticələrin əldə olunmasına xidmət edən mühüm bacarıqdır. Layihə çərçivəsində həyata keçirilən akademik hüquqi araşdırmalar vasitəsilə iştirakçıların analitik düşünmə, məlumatları təhlil etmə və fərdi yanaşma ortaya qoyma bacarıqlarının inkişafı dəstəklənir.

Hüquqi araşdırma hüquqi yazı prosesinin ilkin mərhələlərindən biri olub tədqiqat sualı ilə əlaqəli hüquq ədəbiyyatının araşdırılması, eləcə də müvafiq hüquq normasının seçilərək tətbiq edilməsi nəticəsində tədqiqat sualının cavablandırılmasıdır. Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi vasitəsilə tələbələr bu müstəvidə bilik və bacarıqlarını inkişaf etdirə bilərlər.

Hüquqi araşdırma və təhlilin nəticələrini yenilik, qeyri-aşkarlıq, aydınlıq və məntiqlilik kriteriyaları əsasında yazıda əks etdirmək hüquqi yazının əsasını təşkil edir. Həmçinin hüquqi yazı informasiyanı oxucuya sadə, məntiqi və əsaslandırılmış şəkildə düzgün çatdırmalıdır. Bu baxımdan hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını üzə çıxararaq inkişaf etdirmək Layihənin bir digər məqsədini təşkil edir.

HEYƏT

Nuray Səfərova – Baş İcraçı

Gülnar Fərzəliyeva – Məsul İcraçı

Şəbnəm Həsənova – İcraçı

Ziyafət Əmikişiyeva – İcraçı

Nihat Şahmuradov – İcraçı

Aydan Məmmədzadə – İcraçı

Validə Ağazadə – İcraçı

Zeynəb Hüseynova – İcraçı

Bahar Əhmədova – İcraçı

Aişə Hüseynova – İcraçı

Fatimə Dərgahova – İcraçı

Gülay Mütəllibova – İcraçı

Ayxan Allahverdi – İcraçı

Xədicə Abbasova – Baş İcraçı

Mədinə Əliyeva – İcraçı

Nuray Səfərova – İcraçı

Gülnar Fərzəliyeva – İcraçı

Ziyafət Əmikişiyeva – İcraçı

Nihat Şahmuradov – İcraçı

Şəbnəm Həsənova – İcraçı

Nərmin Qarabəyli – İcraçı

Alsu Kərimova – Baş İcraçı

Xədicə Abbasova – İcraçı

Mədinə Əliyeva – İcraçı

Nuray Səfərova – İcraçı

Ayna Abbaszadə – İcraçı

Fatimə Əliyeva – İcraçı

Fidan Musayeva – İcraçı

Xoşqədəm Salmanova – Baş İcraçı

Mansur Səmədov – İcraçı

Alsu Kərimova – İcraçı

Ayna Abbaszadə – İcraçı

Fidan Musayeva – İcraçı

Günel Əhmədova – İcraçı

Seyidbəyim Hüseynova – Baş İcraçı

Xoşqədəm Salmanova – İcraçı

Mansur Səmədov – İcraçı

Nəsrin İbayeva – İcraçı

Nilufər Abdullayeva – Baş İcraçı

Seyidbəyim Hüseynova – İcraçı

Nəsrin İbayeva – İcraçı

Ramil Qocayev – Baş İcraçı

Kənan Abdullayev – Baş İcraçı

Pəribikə Babayeva – İcraçı

Nurlan Məmmədli – Baş İcraçı

Nurlan Məmmədli – Baş İcraçı

İlham Zülfüqarlı – Baş İcraçı

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Araşdırmaçıların yerli akademik mühitə töhfə verməsinə şərait yaradan Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi 2015-ci ildən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti akademik hüquqi layihələri ilə ölkədəki hüquq təhsilinin inkişafına töhfə verən tələbə təşkilatıdır.