GƏNC HÜQUQ ALİMLƏRİ ARAŞDIRMA YARDIMÇISI LAYİHƏSİ “RESARCH PROPOSAL” HAZIRLANMASINA DAİR BƏLƏDÇİ

Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsində araşdırmaçı kimi qeydiyyatdan keçən şəxslərin “research proposal”-ı aşağıdakı strukturda və məzmunda tərtib etməsi tövsiyə olunur.

“Research proposal” araşdırma və yazı prosesinin ümumi planını əhatə edən və araşdırma prosesinin əvvəlində hazırlanan qısa sənəddir. Düzgün strukturda tərtib olunduğu halda bu sənəd araşdırmanının necə aparılacağı, yazı mərhələsində məqalənin strukturunun necə qurulacağı və bu hissələrin bir-biri ilə necə əlaqələndirəcəyinə dair plan təklif edir. Bununla yanaşı, sözügedən sənəddə proses boyunca nə ediləcəyi, necə ediləcəyi izah edilir, habelə tədqiqatın niyə aparılmalı olduğu əsaslandırılır.

Ümumiyyətlə, “research proposal”-ın tərtibinə dair vahid və ümumi struktur mövcud olmasa da, geniş yayılmış yanaşmaya əsasən, bu sənəd aşağıdakı hissələrdən ibarət olmalıdır:

1. Başlıq

– Bu hissə araşdırmanın əsas diqqətini və mövzusunu müəyyənləşdirən addır.

Nümunə: Sosial
medianın hüquq və ictimai rəyə təsiri

2. Açar sözlər

– Bu hissədə araşdırma mövzusu ilə bağlı əsas hüquqi terminlər və anlayışlar qeyd olunur. Nümunə:

Sosial media, onlayn platformalar, hüquqşünas, hüquqi diskurs, ictimai rəy.

3. Ümumi məqsədlər

– Bu hissədə araşdırmanın hansı məqsədlərlə aparılacağı dəqiq olaraq müəyyənləşdirilir.
Nümunə:

Araşdırmanın əsas məqsədi sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyin formalaşmasında rolunu müəyyənləşdirmək, hüquqşünasların davranışlarına təsirini tədqiq etmək və mövcud tənzimləmə mexanizminin təkmilləşməsinə töhfə verməkdir.

4. Hüquqi əsas

– Bu hissədə mövzu üzrə mövcud vəziyyət müzakirə edilməli, boşluqlar, ziddiyyətlər və problemli məqamlar müəyyənləşdirilməli, habelə araşdırmanın vacibliyi və əhəmiyyəti izah edilməlidir.
Nümunə:

Sosial media həyatın müxtəlif aspektlərinə, o cümlədən hüquqi diskursa əhəmiyyətli təsir göstərərək müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Hüquqşünaslar da daxil olmaqla bütün ictimaiyyət öz fikirlərini paylaşaraq müzakirələrdə iştirak etmək və hüquqi məsələlərlə bağlı ictimai rəyə təsir etmək üçün sosial media platformalarından getdikcə daha çox istifadə edirlər. Bu isə öz növbəsində ____________________, _________________________ problemlərə gətirib çıxarır. Bununla yanaşı, bu ictimai münasibətləri tənzimləyən ____________________________________ sahəvi qanunveriiclik aktında ____________________ ________, ____________________ ________________ boşluqların, _______________________,
_______________________ ziddiyyətlərin mövcudluğu araşdırma üçün əsas formalaşdırmışdır.

5. Ədəbiyyat icmalı – Mövzu haqqında nə məlumdur?

– Bu hissədə mövzu üzrə mövcud araşdırma işləri ilə tanışlığınızı ümumiləşdirmək, mövzu ilə bağlı məlumatlılığınızı nümayiş etdirmək üçün mütaliə etdiyiniz elmi məqalələr, kitablar və digər müvafiq ədəbiyyat nümunələri qeyd edilməlidir.

6. Tədqiqat sual(lar)ı və iddia bəyanat – Mövzu haqqında nəyi araşdırmağa ehtiyac var? Araşdırılacaq mövzu ilə bağlı hansı yeni yanaşma sərgilənəcək?

– Bu hissədə araşdırma və yazı prosesində hansı xüsusi sual(lar)ın araşdırılacağı və cavablandırılacağı qeyd olunur. Nümunə:

Araşdırma işində sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyi hansı istiqamətdə (müsbət və ya mənfi) formalaşdırması, hüquqşünasların davranışına təsiri və mövcud vəziyyətin hüquqi tənzimlənmə mexanizminin effektivliyi sualları cavablandırılacaqdır. Əlavə olaraq, cari mexanizmin təkmilləşdirilməsi istiqamətində ______________, _________________ kimi təkliflər veriləcəkdir.

7. Metod – Müvafiq informasiya necə əldə olunacaq?

– Bu hissədə araşdırma prosesi zamanı tətbiq ediləcək məlumatların toplanma və təhlili üsulları təsvir edilməlidir. Nümunə:

Araşdırma zamanı mövzuya dair perspektivlərinin öyrənilməsi məqsədilə hüquqşünaslarla müsahibələr təşkil olunacaq, müvafiq yerli və xarici qanunvericilik aktları və məhkəmə işləri tədqiq olunacaqdır.

8. Tələb olunan zaman

– Bu hissədə araşdırma və yazı mərhələləri üçün lazım olan vaxt qeyd olunmalıdır. Nümunə:

İlkin araşdırmanın aparılması ___ gün/həftə/ay, müsahibələrin təşkili ___ gün/həftə/ ay, toplanılan məlumatların təhlili ___ gün/həftə/ay çəkəcəkdir. Araşdırma prosesi sonlandıqdan sonra məqalənin yazılması mərhələsi ___ _________ 20__-__ il – ___ _________ 20__-__ il aralığını əhatə etməsi gözlənilir.

9. Nəticə(lər)

– Bu hissədə araşdırma və yazı prosesinin gözlənilən nəticələri təsvir edilməli, tədqiqatın mövzu üzrə hansı istiqamətdə töhfə verəcəyi təsvir edilməlidir. Nümunə:

Nəticədə, sosial medianın hüquqi məsələlərlə bağlı ictimai rəyi formalaşdırmasının əsas yolları müəyyənləşdiriləcək, hüquqşünasların davranışına təsiri təhlil ediləcək, sadalanan proseslərin nəticələri vurğulanacaq və tənzimləmə mexanizminə münasibətdə xarici ölkələrin təcrübəsi ilə aparılan müqayisə əsasında yeni təkliflər veriləcəkdir.

Qeyd: Verilən nümunələr hipotetik xarakter daşıyaraq sadə və ilkin nümunə qismində yazılmışdır. Müraciət edən şəxs(lər)in mülahizəsinə əsasən “research proposal”-ın detallı və ətraflı formada yazılması mümkündür.